Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı günü qeyd edilib - FOTO

Gəncədə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı günü qeyd edilib - FOTO
# 23 aprel 2021 12:10 (UTC +04:00)

Türkiyənin Gəncədəki Baş Konsulluğunda bu ölkənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulluğunun əməkdaşları, Gəncə Uşaq Evinin sakinləri, Türkiyə vətəndaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Hər iki ölkənin dövlət himni səsləndikdən sonra tədbir açıq elan olunub. Baş konsul Zeki Öztürk əlamətdar günün tarixindən, əhəmiyyətindən danışıb.

Çıxış edənlər Türkiyə Cümhuriyyəti və Azərbaycanın tarixi bağlılığından söz açıblar. Bildirilib ki, iki ölkənin sevinci, kədəri ortaqdır və bu, qardaşlığın bariz ifadəsidir. Uşaqlara hörmət və onların qayğısını çəkmək ən böyük mədəni dəyərimiz olub və təqvimdə bir günün onlara həsr edilməsi bu sayğının göstəricisidir.

Daha sonra Gəncə Uşaq Evinin körpələri hazırladıqları ədəbi-bədii kompozisiyanı böyük şövqlə nümayiş etdiriblər.

Tədbirdə Mustafa Kamal Atatürklə, əlamətdar günlə bağlı nümayiş etdirilən videoçarx iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR