Gəncədə abadlıq işləri davam edir

Gəncədə abadlıq işləri davam edir
# 07 sentyabr 2020 17:36 (UTC +04:00)

Gəncə şəhər icra başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhərdə abadlıq quruculuq işləri geniş vüsət alıb. Şəhərdə demək olar ki, hər gün təmizlik işləri aparılır, park və xiyabanlarda qurumuş ağaclar budanır, yaşıllıqlar salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, səkilər, yollar məişət tullantılarından təmizlənir.

APA-nın yerli bürosunun xəbərinə görə, eyni zamanda COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün hər gün dezinfeksiya işləri görülür. Yuxarıda sadalanan bütün işlər Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyininn əməkdaşları tərəfindən aparılır. Onlar artıq günümüzün qəhrəmanlarına çeviriliblər. Çünki dayanmadan, gecə və gündüz, növbəli şəkildə şəhərimizin təmizliyinin keşiyini çəkirlər.

Gəncənin bütün ərazilərində, istər qəsəbələrində, istər rayonlarında, istərsə də mərkəzində məişət tullantıları üçün konteynerlər yerləşdirilib. Lakin buna baxmayaraq əksər sakinlər məsuliyyətsizlik edərək məişət tullantılarını konteynerlərin içinə deyil, yanına atırlar. Bu isə həm şəhərin görkəminə xələl yetirir, həm də kommunal işçilərinin işini artırır. Bu günlərdə şəhərin Şıxzamanlı qəsəbəsi adlandırlıan ərazisində geniş miqyaslı iməcilik işləri aparılıb. Ərazinin təmizlənməsi üçün MKTİB-nin canlı və texniki qüvvəsi cəlb olunub: "Gəncə Şəhər İcra Hakimiyyəti olaraq sakinləri məsuliyyətli olmağa çağırırıq və şəhərimizin təmiz saxlanılmasını xahiş edirik. Bildiririk ki, görülən bütün işlərin əsasında vətəndaşlarımızın rifahı və rahatlığı dayanır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR