Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
# 18 yanvar 2021 17:03 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhəri, A. Səhhət küçəsi 28 ünvanında yerləşən, fiziki şəxs İbrahimova Səyyarə Oruc qızına məxsus çörək istehsalı müəssisəsinə baxış keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb.

AQTA-dan APA-ya verilən məlumata görə, un məmulatlarının saxlanması zamanı texniki normativ hüquqi aktların tələblərinin gözlənilmədiyi, müəssisədə çalışan işçilərin tibbi müayinədən keçirilmədiyi, xüsusi geyim və baş örtüyündən istifadə edilmədiyi, emal prosesində istifadə olunan qabların təmizlənmədən antisanitar şəkildə istifadə edildiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən olunub.

Aşkar edilən nöqsanlarla bağlı çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR