Gəncədə daha bir məktəb COVID-19-a görə bağlanıb

Gəncədə daha bir məktəb COVID-19-a görə bağlanıb
# 09 mart 2021 22:08 (UTC +04:00)

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.

Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, Gəncədə bundan əvvəl 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə bu gündən əyani təhsil bərpa edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR