Gəncədə daha bir məktəb koronavirusa görə bağlanıb

Gəncədə daha bir məktəb koronavirusa görə bağlanıb
# 10 mart 2021 16:23 (UTC +04:00)

Gəncədə daha bir orta məktəb koronavirusa görə bağlanıb.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev APA-nın yerli bürosuna bildirib ki, 26 nömrəli məktəb lisey kompleksində çalışan 2 müəllim və bir şagirdin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu gündən etibarən məktəbdə dərslərin 14 gün ərzində distant formada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ötən gün şəhərin Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbi koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib. Məktəbin 1 müəllimi, 2 texniki işçisi və 1 şagirdinin COVİD testləri pozitiv çıxıb. Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, iki həftə əvvəl şəhərin 37 nömrəli tam orta məktəbinin 761 şagirdi də koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə əyani təhsil bərpa edilib. Şagirdlər pandemiyya qaydalarına uyğun olaraq ənənəvi dərslərə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR