Gəncədə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir - FOTO

Gəncədə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir - FOTO
# 15 avqust 2020 14:54 (UTC +04:00)

Gəncədə sərt karantin rejiminin yumşalmasından sonra da COVİD-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq maarifləndirmə və dezinfeksiya işləri aparılır.

APA-nın yerli bürosunun məlumatına görə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qruplarının üzvləri şəhərin müxtəlif ərazilərində izahetmə-xəbərdarlıq işləri həyata keçirib. Əhalinin sıx olduğu məkanlarda, bazarlarda, ərzaq mağazalarında, o cümlədən ödəniş terminallarının qarşısındakı vətəndaşlarla qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahının tələblərinə ciddi riayət olunması ilə bağlı ticarət obyektlərinin sahiblərinə də göstərişlər verilib.

Bu sahədə görülən profilaktik tədbirlərin effektivliyinin artırılması məqsədilə Gəncədə gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə görülür. Dezinfeksiya işləri şəhərin, mərkəzindəki küçə və prospektləri, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinin sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.

Bundan başqa, Gəncədə MKTİB-nin təmizlik şöbəsi tərəfindən iməcilik təşkil olunub. İməcilik şəhərin mərkəz küçələri ilə yanaşı, digər ərazilərində də keçirilib. Ərazilərə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub. Parklarda, küçələrdə, yol kənarında toplanmış zibillər təmizlənib.

Qeyd edək ki, şəhərdə profilaktik tədbirlər mütəmadi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR