Gəncədə qarın fəsadları aradan qaldırılır

Gəncədə qarın fəsadları aradan qaldırılır
  • Clock-gray 15:55
  • calendar-gray 18 Fevral 2021

Ötən gün axşan saatlarından başlayaraq Gəncəyə yağan güclü qar bir sıra fəsadlara yol açıb.

APA-nın yerli bürosunun məlumatına görə, belə ki, şəhərin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb, yağan qarın ağırlığına dözməyən ağac budaqları sınıb.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir, qırılan ağac budaqları ərazilərdən yığışdılır. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda işçi qüvvəsi və texnikası cəlb olunub. 

MKTİB-nin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar ciddi fəsadlara yol açmayıb: “Səhər saat 6-dan başlayaraq şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. Qırılan ağac budaqlarının ərazilərdən yığışdırılması üçün 6 ədəd texnika ayrılıb və hazırda bu istiqamətdə işlər davam edir. Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qarlar da ayrılan 2 traktor və 6 avtomobil vasitəsilə ərazidən daşınır”.

Yağan güclü qar həmçinin Gəncənin bir sıra ərazilərini işıqsız qoyub. 'Azərİşıq' ASC-nin Qərb Regional İdarəsinin əməkdaşları gecə saatlarından başlayaraq yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar. Gecə və səhər saatlarında şəhərin bir çox ərazisində elektrik enerjisinin verilişi bərpa olunub.

Hazırda işlər davam etdirilir.

 

Fuad Nazimoğlu

Digər xəbərlər