Gəncədə xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılıb

Gəncədə xüsusi karantin rejimini pozan şəxslər cəzalandırılıb
  • Clock-gray 22:30
  • calendar-gray 28 Mart 2020

 

Gəncədə  Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə karantin rejimini pozan şəxslərə qarşı inzibati tədbirlərə başlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə  ŞBPİ-nın əməkdaşları  şəhər ərazində 65 yaşında yuxarı  olan şəxslərə qarşı reyd aparıb. Şəhər ərazində aparılan profilaktik tədbirlər zamanı yaşı 65 dən yuxarı olan vətəndaşları polis tərəfindən saxlanılaraq xəbərdarlıq edilib, onlara bildirilib ki qaydalara riayət etsinlər.

Saxlanılan şəxslər polis əməkdaşları tərəfində yaşadığı evə polis maşınları ilə aparılıb. Vətəndaşlara bildirilib ki, bir də belə bir hal aşkarlanarsa, onların barəsində inzibati qaydada protokol tərtib ediləcək. 

Polis əməkdaşları belə şəxslərlə söhbət zamanı xüsusi karantin rejiminin qaydalarını xatırladaraq, bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar. 

Bundan əlavə, Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən sakinlərlə də maarifləndirici söhbət aparıblar.

 

Fuad Nazimoğlu

Digər xəbərlər