Gəncədə xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri davam edir

Gəncədə xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri davam edir
# 18 dekabr 2020 16:18 (UTC +04:00)

Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbilə COVID-19-a qarşı həyata keçirilən kompleks tədbirlərin miqyası da genişləndirilib.

Gəncədə xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri bu gün də davam etdirilib.

Dezinfeksiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı, Gəncənin qəsəbə və digər yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər çoxmənzilli yaşayış binaları və onların həyətlərini, dayanacaqları, piyada keçidlərini, oyun meydançalarını, bank və ATM-lərin qarşısını əhatə edib.

Sözügedən ərazilər xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya olunublar. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR