Gəncədə yanacaqdoldurma məntəqəsində partlayışda 2 nəfər xəsarət alıb

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayışda 2 nəfər xəsarət alıb
# 13 iyul 2020 13:11 (UTC +04:00)

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, xəsarət alanlardan birinə ambulator yardım göstərilərək evə buraxılıb, digəri isə xəstəxanadadır.

Qeyd edək ki, partlayış Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR