Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi evinə qaytarılıb

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstəsi evinə qaytarılıb
# 18 noyabr 2020 14:35 (UTC +04:00)

Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxmış rayonun Qızılhacılı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Maarif Əliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR