Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb - FOTO

Goranboyun Ağcakənd qəsəbəsində Xocalı qurbanları anılıb - FOTO
# 26 fevral 2021 11:41 (UTC +04:00)

Goranboyda xocalıların məskunlaşdığı Ağcakənd qəsəbəsində soyqırımın 29-cu ildönümü ilə bağlı mərasim keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Goranboy rayon İcra Hakimiyyətinin (RİH) başçısı Məhərəm Quliyev, Xocalı RİH-nin başçısı Şahmar Usubov, hüquq-mühafizə orqanların əməkdaşları, Milli Qəhrəmanlar, şəhid ailələri, rayon ictimaiyyəti və faciənin canlı şahidləri iştirak ediblər.

Mərasim iştirakçıları Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Ağcakənd qəsəbəsində Xocalıdan köçkün düşmüş 300 ailə məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR