Göyçayda şəhidin adına körpü salınıb - FOTO

Göyçayda şəhidin adına körpü salınıb - FOTO
# 13 fevral 2021 14:14 (UTC +04:00)

Göyçay şəhəri ilə Ərəbcəbirli kəndi arasındakı dağ çayı üzərində yeni körpü salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, köhnə körpünü sel dağıtdığı üçün Ərəbcəbirli kəndinin sakinlərinin şəhərə gediş-gəlişində problem yaranırdı. Kənd əhalisinin maddi vəsaiti ilə uzunluğu 11 metr, eni 7.5 metr olan beton körpü inşa edilib. Yerli əhali bu körpüyə 44 günlük Vətən müharibəsində fəal iştirak edən, orduda 11 il çalışan və oktyabrın 2-də Tərtər ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçi Xəyal Məmmədovun adını verərək onu "Xəyal körpüsü" adlandırıblar.

Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün salınan yeni körpü fevralın 13-də, onun ad günündə istifadəyə verilib.

Qeyd edəık ki, yaşasaydı bu gün Xəyal Məmmədovun 32 yaşı tamam olacaqdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR