Gürcüstandan Azərbaycana ixrac edilən dərman vasitələrinin həcmi açıqlanıb

Gürcüstandan Azərbaycana ixrac edilən dərman vasitələrinin həcmi açıqlanıb
# 20 fevral 2021 11:36 (UTC +04:00)

Bu ilin yanvarında Gürcüstan Azərbaycana 977.89 min ABŞ dolları dəyərində 36.51 ton dərman ixrac edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, ixrac edilən məhsulun dəyəri ötən ilin yanvar ayı ilə müqayisədə 147.58 min dollar və ya 17.77%, çəkisi isə 12.71 ton və ya 53.4% artıb.

Hesabatda qeyd olunub ki, 2020-ci ilin yanvarında Gürcüstan Azərbaycana 830.31 min dollar dəyərində 23.80 ton dərman ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR