Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb
# 22 iyul 2020 08:39 (UTC +04:00)

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirusa yoluxma aşkarlanmayıb.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, ötən gün verilən “PCR” testlərinin cavabları artıq səfiriyə təqdim olunub və bütün cavablar neqativdir. Ümumi test verənlərin sayının 175 nəfər olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının bu gün saat 10:00-da Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından 4 xüsusi avtobusla "Sınıq Körpü" Sərhəd-Keçid məntəqəsinə yola salınması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR