Güzəştli mənzil əldə etmiş hərbçilərə xidmət yerini dəyişməklə bağlı kirayə pulu verilməsi təklif olunur

Güzəştli mənzil əldə etmiş hərbçilərə xidmət yerini dəyişməklə bağlı kirayə pulu verilməsi təklif olunur
# 09 mart 2021 11:38 (UTC +04:00)

Ombudsman güzəştli mənzil əldə etmiş (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular istisna olmaqla) və ya yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi mənzillə təmin edilmiş, lakin sonradan xidmət yeri dəyişdirilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti mənzilin kirayəsi üçün aylıq kompensasiya məbləği müəyyən edilməsi təklifi ilə çıxış edib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Ombudsman Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin I hissəsinə edilmiş dəyişikliklərə uyğun olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələtinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr 569 nömrəli Fərmanda dəyişikliklər edilməsini də təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR