Hacıqabulda COVID 19-a yoluxan şəxs barəsində cinayət işi başlanıb

Hacıqabulda COVID 19-a yoluxan şəxs barəsində cinayət işi başlanıb
# 19 mart 2021 11:05 (UTC +04:00)

Hacıqabulda COVID 19-a yoluxan şəxs barəsində cinayət işi başlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Rayon Polis Şöbəsi (RPŞ) və TƏBİB “Hacıqabul rayon mərkəzi xəstəxanası” Publik Hüquqi Şəxsin həkim briqadası ilə birgə COVID-19 virusuna yoluxan və evdə müalicə alan şəxslərin evlərinə reyd keçirdiyi zaman müalicəyə götürülən Hacıqabul sakini, 1961-ci il təvəllüdlü İsayev Hacıbəy Əlican oğlunun evdə olmadığı müəyyənləşib.

Hacıqabul RPŞ tərəfindən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimini pozduğuna görə və xəstəliyin digər şəxslərə yoluxmasına real təhlükə yaratdığına görə həmin şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR