Hande Harmancı: "Azərbaycanda meyitdən orqan transplantasiyasında problemlər var"

Hande Harmancı: "Azərbaycanda meyitdən orqan transplantasiyasında problemlər var"
# 20 aprel 2021 12:27 (UTC +04:00)

"Orqan çatışmazlığı bütün dünyada problem olaraq qalır”.

APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bəzi ölkələrdə, həmçinin Azərbaycanda meyitdən orqan transplantasiyalarında problemlər var: “Burada səbəblər arasında inanclar və dini məsələlər də var. Təbii ki, bunu ancaq dinə bağlamaq olmaz. Bu problemləri araşdırmaq vacibdir. Digər səbəb isə insanların səhiyyə xidmətlərinə güvən məsələsi ilə bağlıdır”.

Onun sözlərinə görə, insanların fikrini dəyişmək, onları inandırmaq üçün əlaqəli qurumların birlikdə çalışması lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR