Hande Harmancı Gəncədə müharibədən zərər çəkmiş ailələrlə görüşüb - FOTO

Hande Harmancı Gəncədə müharibədən zərər çəkmiş ailələrlə görüşüb - FOTO
# 12 dekabr 2020 11:28 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Gəncə şəhərində müharibədən zərər çəkmiş şəxslərlə görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, Hande Harmancı bu ailələrə koronavirusla mübarizə üçün bir sıra tibbi ləvazimatlar gətirib, xəstəliklə mübarizə üsulları ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, oktyabr ayının 5-dən 27-dək Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə, 60 ailə evsiz qalıb. Bu ailələr əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşıb. Şəhərin bombalanması zamanı ümumilikdə 30-a yaxın mülkü şəxs həyatını itirib, 90 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR