Hande Harmancı: "Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgəsinə yaxın yerlərdə müşahidə etdik"

Hande Harmancı: "Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgəsinə yaxın yerlərdə müşahidə etdik"
# 16 dekabr 2020 12:09 (UTC +04:00)

“Səhiyyə sahəsində çatışmazlığı daha çox münaqişə bölgələrinə yaxın yerlərdə, xüsusilə Tərtər və Ağdamda müşahidə etdik".

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, bu da gözlənilən bir şeydir: “Bu yerlərdə uzun illərdir münaqişə səbəbindən gərginlik var. İnsanların o yerlərə gedib özlərini təhlükəsiz hiss etmələri və səhiyyə xidmətləri göstrmələri üçün şərait çətindir. Sonuncu müharibədə də səhiyyə işçilərinin daha təhlükəsiz yerlərə getməyi normal bir şey idi. İndi həmin yerlərdə əskik olan səhiyyə işçilərini geri gətirmək çox vacibdir. Səhiyyə Nazirliyi də bununla bağlı işləyir. Bir sıra layihələrlə Azərbaycana dəstək olduğumuz kimi, bəlkə bu məsələdə də dəstək ola biləcəyimizi düşünürük, amma təbii ki, qısa müddətlik. Uzun müddətli həll üçün bunun yenidən planlaşdırılması lazımdır. Bütün dünyada insanlar daha çox paytaxta və böyük şəhərlərə yaşamağa və çalışmağa gedirlər. Bu səbəbdən biz həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-lə birgə çalışmaq istəyirik ki, uzun müddət üçün səhiyyə işçilərinin planlaşdırılmasını edək. Ancaq belə uzun müddətli plan olarsa, bu məsələyə cavab tapmaq mümkün olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR