Hava daşımalarında yükgöndərənlərin məsuliyyəti artırılır

Hava daşımalarında yükgöndərənlərin məsuliyyəti artırılır
# 02 aprel 2020 09:45 (UTC +04:00)

Hava daşımalarında yükgöndərənlərin məsuliyyəti artırılır.

APA-nın məlumatına görə, bununla əlaqədar “Aviasiya haqqında” qanuna yeni maddə (48.5-1.) təklif edilir.

Qanuna əsasən, yüklər qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış daşıma müqaviləsinə uyğun olaraq yükgöndərənin verdiyi aviaqaimə və ya daşıyıcının verdiyi yük qəbzi əsasında daşınır. Layihəyə əsasən, yükgöndərən daşıma müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yükgöndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn keçirilən iclasında müzakirə edilən qanun layihəsi parlamentin növbəti plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR