Hava yağıntılı olacaq

Hava yağıntılı olacaq
  • Clock-gray 13:02
  • calendar-gray 19 Fevral 2020

Fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət  80-90 faiz olacaq.   

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  7-11 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz:

Fevralın 20-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi  insanlarda narahatlıq hissi yarada bilər.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date