Havada toz dumanı müşahidə olunur

Havada toz dumanı müşahidə olunur
# 01 aprel 2021 13:13 (UTC +04:00)

Bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Avtomat monitorinq stansiyasından əldə olunan məlumata görə Bakıda tozun miqdarı normadan 3.8 dəfə artıqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR