Helikopter meydançalarına dair tələb açıqlanıb

Helikopter meydançalarına dair tələb açıqlanıb
# 05 iyun 2020 14:41 (UTC +04:00)

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “AzDTN 2.6-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik “vertodrom” termininin əvəzlənməsi ilə bağlıdır. Bu termin “helikopter meydançaları” ilə əvəzlənir.

Qeyd edək ki, helikopter meydançaları məskunlaşma əraziləri üçün müəyyən olunmuş sanitar normalarına və qüvvədə olan normativ sənədə uyğun olaraq uçuşun təhlükəsizliyini və aviasiya səsinin hədd səviyyəsini təmin etməklə, məskunlaşma ərazisindən və əhalinin kütləvi istirahət zonalarından qüvvədə olan normativ sənədin tələblərinə müvafiq olan məsafədə yerləşdirilməlidir.

Qərar 6 iyun 2020-ci il tarixdən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR