Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron qapılar quraşdırılıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektron qapılar quraşdırılıb
# 10 dekabr 2019 10:49 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublika­sında turist axının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 20 fevral 2017-ci il tarixli 2677 nömrəli Sərəncamına əsasən dövlət sər­hədindən hərəkət edən şəxslərin sənədlərinin daha operativ və surətlə rəsmiləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində yeni texnologiyaların tətbiqi davam etdirilir. Bu məqsədlə Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə pilot layihə olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəl­mə zalında yeni 2 ədəd elektron qapı (e-gates) quraşdırılıb.

DSX-dan APA-ya verilən məlumata görə, bir sıra inkişaf etmiş ölkələrinin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rində istifadə olunan elektron qapılar sərhəd nəzarətində tətbiq olunan qa­baqcıl texnologiyaların ən effektiv nümunələrindəndir.

Elektron qapıdan yalnız 16 yaşı tamam olan, biometrik sənədlərə malik Azərbaycan vətəndaşları istifadə edə biləcəklər.

Vətəndaşlar elektron qapılar vasitəsilə sərhəd nəzarətindən aşa­ğıdakı ardıcıllıqla keçə biləcəklər:

- dövlət sərhədindən hərəkət edən vətəndaş sənədlərini elektron qa­pının skan yerinə daxil edir.

- sənədin məlumatları və vətəndaşın elektron qapıda çəkilmiş bio­met­rik fotoşəkili avtomatik məlumat bazasına daxil olur, məhdudiyyət siyahıları ilə yoxlanılır və pozuntu olmadığı halda vətəndaş 30 saniyə ərzində dövlət sərhədindən avtomatik buraxılır.

- vətəndaşın sənədi və ya məhdudiyyəti ilə bağlı pozuntu aşkar­lan­dıq­da sistem siqnal verir.

206 ölkənin 2897 növ biometrik sənədini yoxlaya bilən elektron qa­pı­lar şəxslərin dövlət sərhədindən sürətli keçidini, sərhəd nəzarətinin da­ha effektiv həyata keçirilməsini təmin etməyə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR