Hikmət Hacıyev: “Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur”

Hikmət Hacıyev: “Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur”
# 08 dekabr 2020 15:00 (UTC +04:00)

“Dünya miqyasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 60 milyon nəfəri ötüb, ölənlərin sayı milyonu keçib”.

APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, pandemiya sosial problemlərə, yoxsulluq və işsizliyə də yol açıb: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasında da bu məsələlər müzakirə olundu”.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda koronavirusun yayılma sürəti narahatlıq doğurur: “Yaxınlarımızda ölüm və koronavirusun doğurduğu faciəvi halların şahidi oluruq. Bu da ölkə ictimaiyyətini ciddi surətdə narahat edir, sərtləşdirici tədbirlərin tətbiqi barədə müraciətlər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR