Hikmət Hacıyev: “İctimai nəqliyyatla bağlı məsələlərdə digər dövlətlərin təcrübəsinə baxılıb”

Hikmət Hacıyev: “İctimai nəqliyyatla bağlı məsələlərdə digər dövlətlərin təcrübəsinə baxılıb”
# 03 avqust 2020 17:47 (UTC +04:00)

“İctimai nəqliyyatla bağlı məsələlərdə digər dövlətlərin təcrübəsinə baxılıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, ölkəyə gələn xarici ekspertlərlə də bu məsələ müzakirə edilir: “Burada metronun ventilyasiya sistemi ilə bağlı məqamlar var. Yeraltı yerlərdə virusun yayılması daha da sürətlənə bilər. Ona görə də Bakı Nəqliyyat Agentliyinin qarşısında bununla bağlı müəyyən tələblər qoyulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR