Hikmət Hacıyev: "Təhsil Nazirliyi, DİM və hüquq-mühafizə orqanları tərəfindən tələbələrin Bakıya gəlməsinin mexanizmi işlənilir"

Hikmət Hacıyev: "Təhsil Nazirliyi, DİM və hüquq-mühafizə orqanları tərəfindən tələbələrin Bakıya gəlməsinin mexanizmi işlənilir"
# 29 avqust 2020 11:57 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rayon qeydiyyatı olan I kurs tələbələrinin Bakıya gediş-gəliş məsələsinin necə tənzimlənəcəyinə münasibət bildirib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, rayonlara gediş-gəliş cəmiyyəti maraqlandıran əsas məsələlərdən biridir: “Mən də çox istərdim ki, bu xoş xəbəri bu gün brifinqdə vətəndaşlara çatdırım. Ancaq çox təəssüf ki, bu xəbəri indiki şəraitdə çatdırmaq iqtidarında deyiləm. Bir insan olaraq bizim də buna ehtiyacımız var. Yenə də burada əsas məqsəd və məram hamımızın sağlamlığını qorumaqdır. Amma ümid edək ki, yaxın vaxtlarda aparılacaq araşdırmalar nəticəsində belə bir qərarı da brifinqdən çatdırmaq iqtidarında olacağıq”.

H. Hacıyev deyib ki, bugünkü görüşdən əvvəl Təhsil Nazirliyi və aidiyyəti strukturlarla da fikir mübadiləsi və müzakirələr aparılıb: "Hazırda Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və hüquq-mühafizə orqanları tərəfindən bunun mexanizmi işlənilir. Hətta burada ikinci bir sual da meydana çıxır ki, kimin tələbə kartı varsa, onlar asanlıqla Bakıya gələ bilərlər, amma bu il qəbul olunan tələbənin kartı yoxdur, bu məsələ necə olacaq? Bu sualların işlənməsi və cavabların ölkə ictimaiyyətinə çatdırılması üçün aidiyyəti qurumlara tapşırıq verilib ki, vətəndaşlar hər hansı çətinliklə üzləşmədən öz tədris müəssisələrinə gələ bilsinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR