Hikmət Hacıyev adına saxta profillər yaradıldığını bildirib

Hikmət Hacıyev adına saxta profillər yaradıldığını bildirib
# 02 noyabr 2020 00:27 (UTC +04:00)

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin adına saxta profillər yaradılıb.

APA-nın məlumatına görə, bu barədə Hikmət Hacıyev tvitter hesabında yazıb.

"Hörmətli izləyicilər! Mənim adıma twitter-də @hikmet_hajiyev və teleqram kanalında Hikmet Hajiyev kimi ünvanlar yaradılıb. Bundan əvvəl Instagram və Facebook-da belə saxta profillər yaradılmışdı. Mənim yalnız Twitter-də @HikmetHajiyev adlı hesabım vardır", - Prezidentin köməkçisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR