Hindistanda olan 5 Azərbaycan vətəndaşı təxliyə edilib

Hindistanda olan 5 Azərbaycan vətəndaşı təxliyə edilib
  • Clock-gray 12:31
  • calendar-gray 26 İyun 2020

Hindistandan beş Azərbaycan vətəndaşı təxliyə edilib. 

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, təxliyə edilən şəxslər Tbilisi hava limanında səfirlik əməkdaşları tərəfindən qarşılanıb və xüsusi avtobuslarla Sınıq Körpü sərhəd keçid məntəqəsinə yola salınıblar.

Təxliyyə edilən vətəndaşlar sərhədi keçdikdən sonra TƏBİB-ə təhvil veriləcək və onlar karantinə alınacaqlar.

Təxliyə edilənlərdən ikisinin müalicə, üçünün isə turizm məqsədi ilə Hindistana getdiyi bildirilib. Onların həm Hindistanda uçuşdan əvvəl, həm də Gürcüstan ərazisində ilkin tibbi müayinədən keçirildiyi və COVİD-19 simptomlarının olmadığı, sağlamlıq vəziyyətlərinin yaxşı olduğu bildirilib.

 

Səid Babazadə

Digər xəbərlər