Həkim: Normal çəkili insanların infeksion xəstəliklərdə müalicə effekti piylənməsi olanlardan 3 dəfə çoxdur

Həkim: Normal çəkili insanların infeksion xəstəliklərdə müalicə effekti piylənməsi olanlardan 3 dəfə çoxdur
# 03 mart 2021 15:31 (UTC +04:00)

“Hər hansı infeksion xəstəlik zamanı normal çəkili insanların aparılan müalicəyə effektiv cavabı piylənməsi olan şəxslərdən 3 dəfə çoxdur”.

APA-nın məlumatına görə, bunu COVID-19 xəstəliyinə yoluxmuş artıq çəkidən əziyyət çəkən insanların mübarizələrini çətinləşdirən məqamlar mövzusunda çıxış edən ATU-nun I Cərrahi xəstəliklər kafedrasının baş laborantı, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov deyib.

O bildirib ki, COVID-19 ağciyərləri zədələyən ən güclü viruslardan biridir: “Belə insanlarda ağciyərlərin tənzimlənməsi zəif olduğundan, orqanizmdə diabet yükünün artması nəticəsində ürək zəifləyir və xəstənin kəskin infeksion xəstəlikdən çıxması çox azalır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR