Həkim narkoloqlara müraciət edənlərin daha çox hansı yaş qrupunu əhatə etdiyi açıqlanıb

Həkim narkoloqlara müraciət edənlərin daha çox hansı yaş qrupunu əhatə etdiyi açıqlanıb
# 22 fevral 2021 15:28 (UTC +04:00)

“Dünyada olduğu kimi, Azərbaycanda da psixotrop maddələrdən asılılıq var”.

APA-nın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev narkomaniya mövzusunda canlı yayımda çıxışında deyib.

Onun sözlərinə görə, ötən 10 illə müqayisədə həkim narkoloqlara müraciət edənlər, narahatlıq, qorxu keçirmirlər: “İndi həmin şəxslər daha rahat şəkildə həkimə müraciət edə bilirlər. Hər bir yaşda müraciət edən xəstələr olur. 25-45 yaş arası müraciət edənlər daha çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR