Hovuz və akvaparkların əməkdaşları yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunacaq

Hovuz və akvaparkların əməkdaşları yetərli sayda tibbi maska və əlcəklərlə təmin olunacaq
# 26 may 2020 14:38 (UTC +04:00)

Çimərliklərdə və su istirahət mərkəzlərində hovuz və akvaparkların əməkdaşları yetərli sayda tibbi maska və əlcəklərlə (su ilə təmasda olmayan zəruri sahələrdə) təmin olunmalıdır.

APA-nın məlumatına görə, bu barədə Çimərliklərdə və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərdə bildirilib. Qeyd edilib ki, istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbalar qoyulmalı və bu tullantılar müvafiq qaydada məhv edilməlidir.

Metodiki göstərişlərdə bildirilib ki, növbə ilə çalışan əməkdaşların eyni heyətdə işləmələri və rotasiya edilməmələri təmin olunmalıdır. Həmçinin bildirilib ki, qapalı zallar və otaqlar mütəmadi havalandırılmalı, işçi heyət mütəmadi olaraq maarifləndirilməli, infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olmalıdır.

Metodiki göstərişdə deyilib ki, tullantılar vaxtında kənarlaşdırılmalı, həmçinin, tullantı qabları təmiz saxlanılmalıdır. Vətəndaşlar səhhətində yaranan problemləri (COVID-19-a spesifik olan simptomlar - qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) tibb məntəqəsinin əməkdaşlarına bildirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR