Hərbi xidmətdə olan müəllim namizədlər növbəti müsahibə mərhələlərində iştirak edə biləcək

Hərbi xidmətdə olan müəllim namizədlər növbəti müsahibə mərhələlərində iştirak edə biləcək
# 08 dekabr 2020 16:41 (UTC +04:00)

Təhsil Nazirliyi hazırda hərbi xidmətdə olan və müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibəsində iştirak edə bilməyən şəxslərə güzəşt edəcək.

APA-nın məlumatına görə, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hərbi xidmətdə olduğu üçün hazırkı müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti dəfə keçiriləcək müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR