Hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirilib

Hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirilib
# 29 iyul 2020 20:39 (UTC +04:00)

Bu ilin altı ayında 307 min icra sənədinin icrası təmin edilib.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi müzakirə olunub.

Həmçinin, indiki pandemiya şəraitində borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin "ASAN ödəniş" və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR