İDEA Şirvanda “Bizim həyət” layihəsini həyata keçirib

İDEA Şirvanda “Bizim həyət” layihəsini həyata keçirib
# 20 noyabr 2020 12:40 (UTC +04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində Şirvan şəhərində 700 nəfərə yaxın sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, “Bizim həyət” layihəsinin açılış mərasimində ictimaiyyət nümayəndələri, İDEA İB-nin təmsilçiləri, Şirvan şəhər rəhbərliyi iştirak edib.

Yenilənmiş həyət Şirvan şəhəri Energetik küçəsi 9, Leytenant Mahmud İbrahimov küçəsi 8 və 10 saylı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlrda sistematik idmanla məşğul olma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb.

Sahəsi 1,5 ha həyətin ərazisində 6 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə işıqlandırma dirəkləri, təhlükəsizlik kameraları quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub, infrastruktur (işıq, qaz, su, kanalizasiya, rabitə) yenidən qurulub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 101 ədəd ağac əkilib və yaşıllıq zolağı salınıb.

Qeyd edilməlidir ki, sözügedən həyət layihə çərçivəsində Bakıdan kənar rayonlarda abadlaşdırılan ilk həyətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR