İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəssisəsi təlimlər keçirib - VİDEO

İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəssisəsi təlimlər keçirib - VİDEO
# 09 mart 2021 18:42 (UTC +04:00)

"İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəssisəsi" MMC (http://ilm-learn.edu.az/) Təhsil Nazirliyinin keçirdiyi “Şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların psixoloji rifahının yaradılması istiqamətində müəllimlərin peşəkar potensialının artırılması üzrə ixtisasartırma təlimləri adlı” açıq tenderdə qalib gəlib.

MMC-dən APA-ya verilən məlumata görə, tender çərçivəsində Təhsil Nazirliyi ilə "İLM-Learn Beynəlxalq Təhsil Mərkəzi Əlavə Təhsil Müəsisəsi" MMC arasında imzalanmış 27 noyabr 2020-ci il tarixli DT-01 №-li satınalma müqaviləsinə əsasən, “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması" və “Uşaq psixologiyasının əsasları" mövzusunda təlimlərin keçirilməsi həvalə olunub. Təlimlər 27 noyabr 2020-ci ildə başlanılıb, 22 dekabr 2020-ci il tarixində yekunlaşdırılıb.

Təlimdə ümumi və tam orta təhsil səviyyəsində tədris aparan 4500 nəfər fənn müəlliminin iştirak etməsi nəzərdə tutulub.

Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təliminin (distant) məqsədi şagirdlərin yaş xüsusiyyətlərini, pandemiyanın yaratdığı narahatlıq və stressin əlamətləri nəzərə alınmaqla onların psixoloji rifahını yaratmaq üçün orta məktəb müəllimlərinin peşəkar potensialının aktuallaşdırılmasıdır. Təlimə ölkə üzrə 1500 nəfər müəllim cəlb edilib. Təlimlər 24 akademik saat, hər gün 3 saat olmaqla 8 gün ərzində tədris edilib.

Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması üzrə ixtisasartırma təliminin (distant). əsas məqsədi müəllimləri bullinq davranışları ilə tanış etmək və onun qarşısını almaqda onlara dəstək olmaqdan ibarətdir. Təlimə ölkə üzrə 3000 nəfər müəllim cəlb edilib. Təlimlər 30 akademik saat, hər gün 3 akademik saat olmaqla 10 gün tədris edilib.

Təlimlər mərhələli şəkildə təşkil olunub. Birinci mərhələdə görülmüş işlər bunlardır:

- təlim keçəcək təlimçilərin seçilməsi;

- müdavimlər üçün paylama materialının hazırlanması;

- təlimçilərin hazırlanması məqsədilə təlim və seminarların onlayn keçirilməsi;

- təlimlərin distant təşkil olunması üçün Microsoft Teams proqramında qrupların yaradılması

- rayon təhsil şöbələri ilə əlaqələrin qurulması və keçiriləcək təlim haqqında ətraflı məlumatların verilməsi.

İkinci mərhələdə görülmüş işlər:

- onlayn platformada təlimlərin keçirilməsi;

- təlimlərin mütəmadi izlənilməsi.

Üçüncü mərhələdə görülmüş işlər:

- təlimçilərdən keçirilmiş təlimlə bağlı hesabatların alınması;

- yekun hesabatın hazırlanıb təqdim edilməsi.

Təlimlər keçirilərkən öncə diaqnostik qiymətləndirmə aparılıb, müəllimlərin mövzu üzrə nə dərəcədə məlumatlı olmaqları müəyyənləşdirilib. Daha sonra təşkilat tərəfindən təqdim olunmuş materiallar, slaydlar və video təlimatlar əsasında təlimlər aparılıb. Təlimlərdə qazanılmış praktik bacarıqlar müdavimlər tərəfindən hazırlanmış resurslar onlayn qruplarda yerləşdirilmiş və digər müdavimlər də o resurslardan istifadə ediblər.

Ağcabədi rayonunda 475, Ağdam rayonunda 550, Ağdaş rayonunda 350, Ağsu rayonunda 225, Balakən rayonunda 425, Bərdə rayonunda 575, Gədəbəy rayonunda 325, Goranboy rayonunda 525, Göyçay rayonunda 350, Xaçmaz rayonunda 400, Ucar rayonunda isə 300 müdavim təlimlərdə iştirak edib.

Pandemiya şəraitinin olmasına baxmayaraq təlim müdavimlər tərəfindən çox maraqla qarşılanıb, onlar iş fəaliyyətlərinin qurulmasında mövzunun praktik əhəmiyyətinin vacib olduğu vurğulayıblar. Peşəkarlıq səviyyəsinin artırılması naminə nəzərdə tutulmuş distant təlimləri təşkil etdiyi üçün təlimlərə könüllülük əsasında qoşulmuş müdavimlər tərəfindən İLM Learn Beynəlxalq Təhsil Mərkəzinə və Təhsil Nazirliyinə minnətdarlıq bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR