İTSDA: Tibb işçilərinin əməkhaqlarının hesablanması vəzifə maaşından, əlavələrdən asılıdır

İTSDA: Tibb işçilərinin əməkhaqlarının hesablanması vəzifə maaşından, əlavələrdən asılıdır
# 23 aprel 2021 15:08 (UTC +04:00)

"TƏBİB-in tabeliyində olan tibb işçilərinin qiymətləndirilməsi üçün yeni əməkhaqqı qaydaları hazırlanıb”.

APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.

O bildirib ki, ötən ilin yanvarından bu qaydalar tətbiq olunur: “Tibb işçilərinin əmək haqlarının hesablanması vəzifə maaşından, əlavələrdən asılıdır. Əlavələr müxtəlifdir. Həvəsləndirici əlavələr sabit və əməyin nəticələrinə görə tətbiq olunur. Sabit əlavələr müəyyən vəzifələrə bağlıdır. Bəzi həkim ixtisasları var ki, ay ərzində göstərdikləri xidmət nəticəsində bonus şəklində əlavə alırlar. Bəzən həvəsləndirici əlavələr qat-qat çox olur. Bu da həkimin göstərdiyi xidmətin sayından asılı olur”.

Y. Mahmudzadə deyib ki, əməkhaqqı sistemi ilbəil təkmişlləşdirilir: "Əmək bazarına uyğunlaşdırma istiqamətində işlər görülür. Əlavələrin artırılması üçün fundamental baza, əsas olmalıdır. İcbari tibbi sığorta fondunun maliyyə imkanları məsələləri var. Elə etməliyik ki, əmək haqqı artımlarını qarşılamaq imkanları olsun.

Hazırda əlavələr tətbiq olunmayan bəzi ixtisaslarda da əlavələrin verilməsi üçün tədbirlər görüləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR