IX və XI siniflər üçün buraxılış imtahanları 6-7 iyundan başlamaqla hər həftə sonu keçiriləcək

IX və XI siniflər üçün buraxılış imtahanları 6-7 iyundan başlamaqla hər həftə sonu keçiriləcək
  • Clock-gray 22:25
  • calendar-gray 02 İyun 2020

 

IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. 

Qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. 

DİM-dən APA-ya verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli DİM-in saytına yerləşdiriləcək. 

Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.  

Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində sayta yerləşdiriləcək.

 

Günay Elşadqızı

Digər xəbərlər