İbrahim Məmmədov: “Koronavirusdan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər var”

İbrahim Məmmədov: “Koronavirusdan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər var”
# 02 aprel 2020 13:07 (UTC +04:00)

“Koronavirusdan zərər çəkənlərə yardımla bağlı müxtəlif təkliflər var”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov qeyd edib ki, hələlik bununla bağlı son qərar qəbul olunmayıb: “Yaxın günlərdə qərar qəbul ediləcək. Qərar insanların koronavirusdan gördükləri zərəri qarşılamaq üçün yetərli olacaq. İnsanların, sahibkarların, aztəminatlı əhalinin əzabları yüngülləşdirilməlidir. Bu 3 məqam nəzərə alınaraq təkliflər hazırlanır və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Yardımla bağlı indidən rəqəmlər səsləndirmək düzgün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR