İbrahim Məmmədov: “Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə maskalarla bağlı möhtəkirlik etmək arzusu yaradıb”

İbrahim Məmmədov: “Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə maskalarla bağlı möhtəkirlik etmək arzusu yaradıb”
# 03 iyun 2020 19:46 (UTC +04:00)

“Maskalarla bağlı vahid qiymət var, maskalar 30 qəpikdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, idxal olunan maskaların qiyməti fərqlidir: “Bu fərqi hökumət idxalçı şirkətlərə ödəyir. Ölkədə maska qıtlığı ola bilməz. Ola bilər ki, cərimələrin aktuallaşması kimlərdəsə möhtəkirlik etmək arzusu yaradıb. Biz belələrinə xəbərdarlıq edirik ki, bunun cəzası olacaq, buna getmək olmaz”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Prezidentin iştirakı ilə 2 maska istehsalı müəssisəsi açılıb: “Bu istehsal sahələrin gündəlik istehsalı 500 min maskadır. Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Bu gün ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR