İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir

İcbari tibbi sığorta xidmətləri daha 1 il ƏDV-dən azad edilir
  • Clock-gray 10:16
  • calendar-gray 16 Dekabr 2020

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

APA-nın məlumatına görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, (164.1.51-ci maddə)  icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azaddır. Dəyişikliyə əsasən, bu müddət daha bir il artırılır. Beləlkilə, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi  2020-ci il yanvarın 1-dən 1 il deyil, 2 il müddətinə ƏDV-dən azad olacaq.

 

 

Firuzə Vahid

Digər xəbərlər