İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinə 381 482 nəfər müraciət edib

İcbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinə 381 482 nəfər müraciət edib
# 20 fevral 2020 11:22 (UTC +04:00)

"Bu ilin fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər, 607 063 müraciət edib".

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).

Z.Əliyev qeyd edib ki, bu gün 5 ərazi tibbi bölməsi - Şəki-Zaqatala, Bərdə-Yevlax, Quba-Xaçmaz, Göyçay-Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR