“İcra məmurları haqqında” qanuna dəyişiklik qəbul edilib

“İcra məmurları haqqında” qanuna dəyişiklik qəbul edilib
  • Clock-gray 11:26
  • calendar-gray 29 İyun 2020

Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “İcra məmurları haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Yeni maddəyə əsasən, bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Ramiz Mikayıloğlu

Digər xəbərlər