"İçərişəhər"də "Qarabağdır Azərbaycan!" adlı onlayn konfrans keçirilib

"İçərişəhər"də "Qarabağdır Azərbaycan!" adlı onlayn konfrans keçirilib
# 26 fevral 2021 15:19 (UTC +04:00)

Fevralın 26-da "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) "Qarabağdır Azərbaycan!" adlı onlayn konfrans keçirilib.

"İçərişəhər" DTMQİ-dən APA-ya verilən məlumata görə, öncə Xocalı faciəsinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

"İçərişəhər" DTMQİ-nin tabeliyində olan Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İdarənin əməkdaşları, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının professoru Həvva Məmmədova, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix kafedrasının dosenti Boran Əziz, tarix elmləri doktoru, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov, jurnalist, araşdırmaçı Səriyyə Müslümqızı, Qarabağ qazisi Rey Kərimoğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirakına görə medallarla təltif edilmiş qazi Cavid Həsənli iştirak ediblər.

Çıxışçılar Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olduğunu bildiriblər. Qeyd edilib ki, bu hadisə aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.

Tədbirin sonunda Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında "Xocalı" adlı kompozisiya təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR