İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşları müəyyən edilib

İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşları müəyyən edilib
# 16 sentyabr 2020 17:00 (UTC +04:00)

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərarın adı dəişdirilib və və “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərar olub.

İndiyə qədər olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinin aylıq vəzifə maaşları 890 manat məbləğində olub, Olimpiya idman növləri üzrə milli yığma komandalarının Baş məşqçilərinin aylıq vəzifə maaşlarının ödənilməsi dövlət büdcəsinin “Bədən tərbiyəsi və idman tədbirləri” bölməsinin vəsaitləri hesabına həyata keçirilib.

"Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçiləri" anlayışının "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislər" anlayışı ilə əvəzlənməsi ilə əlqədar aylıq vəzifə maaşlarının müəyyən edilməsi ilə bağlı hissədə də dəyişiklik edilib. Beləliklə, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək.

Bu Qərar 2020-ci il sentyabrın 1-dən tətbiq edilir.

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərara dəyişiklik edilməsinə aydınlıq gətirib. Nazirlər Kabinetinin qeyd olunan Qərarı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb.

Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində “baş məşqçi” kimi müəyyənləşdirilib: “Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı “baş məşqçi” ilə federasiya əməkdaşı “baş məşqçi”lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu. Gənclər və İdman Nazirliyinin əməkdaşları olan “baş məşqçi”lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda “baş məşqçi” vəzifə adının “seleksiya üzrə baş mütəxəssis” vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR