İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək

İdman zalları və kinoteatrlar  avqustun 31-dək işləməyəcək
# 03 avqust 2020 17:01 (UTC +04:00)

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində idman, sağlamlıq-bərpa üzrə xidmətlərinə (bu sahədə tibbi xidmətlər istisna olmaqla), mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinə icazə verilməyəcək.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bunqan başqa, ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR