İki məhkəmə sədri barəsində intizam icraatı başlanılıb

İki məhkəmə sədri barəsində intizam icraatı başlanılıb
  • Clock-gray 12:02
  • calendar-gray 12 Avqust 2020

“İndiyədək Məhkəmə-Hüquq Şurası tərəfindən 60-dan çox məhkəmədə monitorinqlər keçirilib. 150-dən çox aşkar olunmuş pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb". 

APA-nın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya Qarşı Mübarizə və Məhkəmə Monitorinqi Sektorunun müdiri vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib. 

Onun sözlərinə görə, işlərin elektron bölgüsünün həyata keçirilməsi ilə xüsusi montironinqlər də aparılıb: “Biz bunu həm yerlərdə, həm də elektron-məhkəmə informasiya sistemi vasitəsi ilə distant formada həyata keçirmişik. Bu zaman 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb”.

S.Əliyev daha ciddi pozuntularla bağlı iki məhkəmə sədri barəsində intizam icraatı başlanıldığını vurğulayıb: “Tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır”.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər