İki millət vəkili “Təhsil kreditləri” haqqında qanun layihəsi hazırlayıb

   İki millət vəkili “Təhsil kreditləri” haqqında qanun layihəsi hazırlayıb
# 10 sentyabr 2020 11:49 (UTC +04:00)

“Mən və millət vəkili Vahid Əhmədov “Təhsil kreditləri” haqqında qanun layihəsini hazırlamışıq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.

Ə. Məsimli deyib ki, il ərzində təhsil haqlarının ödənilməməsi ilə bağlı 3 min insanın taleyi dəyişir: “Təklif edirəm ki, “Təhsil kreditləri” haqqında qanun layihəsi komitənin İşlər planına daxil edislin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR