“İlandağ” geoparkının arxeoloji abidələrinin siyahısı hazırlanıb

“İlandağ” geoparkının arxeoloji abidələrinin siyahısı hazırlanıb
# 13 iyul 2020 10:42 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən, “İlandağ” geoparkının yaradılması ilə əlaqədar Naxçıvan Bölməsi və digər məsul qurumların mütəxəssislərindən ibarət yaradılan İşçi Qrupu tərəfindən layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb.

APA-nın xəbərinə görə, bunu AMEA-nın Naxçıvan Bölməsinin yarımillik elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş onlayn iclasda Elm və təhsil şöbəsinin müdiri Orxan Bağırov bildirib.

Onun sözlərinə görə, Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi hazırlanıb: “Bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Nadir geoloji-geomorfoloji, təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR